Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib
  • Qərb
  • 3 Avqust 2021 09:58
  •  14 514

ABŞ-da "delta" ştammına görə karantin tətbiq edilməyəcək

Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib

“Vaşinqton rəhbərliyi yeni “delta” ştammına görə, ölkədə yenidən karantin məhdudiyyətləri tətbiq etmək niyyətində deyil”.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında deyib.

Psaki bildirib ki, 2020-ci ilin martında olduğu kimi, xidmət sahələrinin fəaliyyəti dayandırılmayacaq: “Yenidən iş sahələrində məhdudiyyətlər olmayacaq. İqtisadi sahədə çox irəliləmişik… Prezident Co Baydenin dediyi kimi, səhiyyə mütəxəssislərinin tövsiyələrinə əsaslanaraq addım atılacaq”.

Psaki, həmçinin ölkədə məcburi peyvənd tətbiq edilməsinə də münasibət bildirib: “Məcburi peyvəndin tətbiq edilməsi müzakirə edilməyib. Lakin işəgötürənlər işçilərinin peyvənd edilməsini tələb etmək hüququna sahibdirlər”.