• Qərb
  • 27 Sentyabr 21:35
  •  7 443

İrlandiyalı deputat AŞPA-da Ağdamın tamamilə xarabalığa çevrildiyini deyib

"Orada bir zamanlar insanların yaşadığına inanmaq mümkün deyil və bu mənim üçün şok edici bir vəziyyət idi"

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası zamanı "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı hesabatın müəllifi, AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Ağdamn hazırkı vəziyyətindən danışıb.

Aznews.az xəbər verir ki, məruzəçi bildirib ki, bir zamanlar 30 min insanın yaşadığı, çiçəklənən bir şəhər olan Ağdam xarablığa çevirilib: "Orada bir zamanlar insanların yaşadığına inanmaq mümkün deyil və bu mənim üçün şok edici bir vəziyyət idi".

Paul Qavan iki ölkə arasında dialoqun qurulmasının önəminə toxunub.