Bu barədə ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğu məlumat yayıb Bu barədə ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğu məlumat yayıb
  • Qərb
  • 24 Oktyabr 2021 20:36
  •  8 120

ABŞ-da səfərdə olan Patriarx Varfolomey xəstəxanaya yerləşdirilib

Bu barədə ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğu məlumat yayıb

ABŞ-da səfərdə olan Konstantinopol Patriarxı Varfolomey həkimin məsləhəti ilə halsızlıq səbəbindən Corc Vaşinqton Universitetinin xəstəxanasına yerləşdirilib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğu məlumat yayıb.

“Patriarx gəldiyi zaman uzun yol və fəaliyyət proqramı səbəbindən özünü pis hiss edib. Həkimi ona istirahət etməyi tövsiyə edib və ehtiyat tədbiri olaraq, müayinə üçün Corc Vaşinqton Universitetinin xəstəxanasına aparılıb”, məlumatda deyilir.

Qeyd edək ki, Varfolomey şənbə günü ABŞ-a son 12 ildə ilk dəfə 12 günlük səfərə gəlib.

Səfərin ilk günü Yunanıstanın ABŞ-dakı səfiri ilə şam yeməyinə qatılıb.