"Bunun izlənməsi və qarşısının alınması üçün ÜST milyard dollar sərf etməlidir" "Bunun izlənməsi və qarşısının alınması üçün ÜST milyard dollar sərf etməlidir"
  • Qərb
  • 8 Noyabr 2021 19:14
  •  19 159

Bill Qeytsdən yeni fəlakət xəbərdarlığı - "Mikrob oyunları" başlayacaq

"Bunun izlənməsi və qarşısının alınması üçün ÜST milyard dollar sərf etməlidir"

Microsoft şirkətinin təsisçisi Bill Qeyts Policy Exchange təşkilatının tədbirindəki müsahibəsində dövlətləri gələcək fəlakətlərə indidən hazırlaşmağa səsləyib.

Aznews.az xəbər verir ki, o, dövlətlərin hökumətlərinə müraciət edərək, bioloji silahların tətbiqi ilə baş verəcək terror hücumlarının insanlara təsirinə indidən səfərbər olmağa çağırıb.

Burada söhbət qəsdən insanları çiçək xəstəliyinə bənzər virus infeksiyası ilə yoluxdurmaqdan gedir. Xəstəlik qızdırma, titrətmə, bədənin, ağızın səpməsi ilə keçir.

“ABŞ və Britaniya epidmioloji təhlükəsizlik məsələlərinin elmi tədqiqatlarına 10-20 milyard vəsait ayırmalıdır. Xüsusən ölkə ərazisində müxtəlif millətlərdən olan insanların sıx yaşadığı ərazilərə diqqət yetirilməlidir. Bioterroristlər çox güman ki hücumlara aeroportlardan başlayacaqlar.

“Mikrob oyunları” adlandırdığım pandemiyanın izlənməsi və qarşısının alınması üçün ÜST milyard dollar sərf etməlidir. Çünki bioterroristik epidemiyalar təbii epidemiya, hətta koronavirus pandemiyasından da ağır və çətin ola bilər”/medicina.az