Ölkədə peyvənd olunmamış və xəstəliyi keçirməmiş vətəndaşlar üçün məhdudiyyətlər sərtləşdirilib Ölkədə peyvənd olunmamış və xəstəliyi keçirməmiş vətəndaşlar üçün məhdudiyyətlər sərtləşdirilib
  • Qərb
  • 19 Noyabr 2021 21:16
  •  6 795

Almaniyada karantin qaydaları sərtləşdirilir

Ölkədə peyvənd olunmamış və xəstəliyi keçirməmiş vətəndaşlar üçün məhdudiyyətlər sərtləşdirilib

Almaniyada koronavirusa yoluxmaların artması hökuməti əlavə karantin tədbirləri görməyə vadar edib.

Aznews.az xəbər verir ki, peyvənd olunmamış və xəstəliyi keçirməmiş vətəndaşlar üçün məhdudiyyətlər sərtləşdirilib.

Yeni məhdudiyyətlər ayrı-ayrı vilayətlərdə xəstəxanaya yerləşdirilənlərin sayı nəzərə alınmaqla tətbiq olunacaq. Belə ki, bu göstərici hər 100 min nəfərə 3 nəfər təşkil edərsə, restoran və konsert zalları kimi ictimai məkanlar yalnız vaksin vurdurmuş şəxslərə açıq olacaq. Artıq COVİD-19 testinin neqativ nəticəsi yetərli olmayacaq.

Xəstəxanaya yerləşdirilənlərin sayı hər 100 minə 6 nəfər olarsa, peyvənd olunmuş və xəstəliyi keçirmiş vətəndaşlar həm də neqativ test nəticəsi təqdim etməli olacaqlar. Bu rəqəm 9-dan yuxarı olanda isə, əlavə məhdudiyyətlər tətbiq ediləcək.