• Qərb
  • 18 Yanvar 23:59
  •  1 860

Avropada immuniteti zəif olan insanlar 4-cü doza peyvənd olunacaqlar

"İmmun sistemi ciddi şəkildə pozulmuş və ya zəifləmiş..."

Avropa Dərman Agentliyi immuniteti zəif olan insanlar üçün COVID-19 peyvəndinin dördüncü dozasına icazə verib.

Aznews.az xəbər verir ki, "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə agentliyin sözçüsü Marko Kavaleri bildirib.

Onun sözlərinə görə, hələlik Avropa İttifaqının bütün əhalisi üçün ikinci gücləndirici doza tövsiyə edilmir:

"İmmun sistemi ciddi şəkildə pozulmuş və ya zəifləmiş, artıq üç doza peyvənd almış insanlar üçün ikinci gücləndirici doza mümkündür".

Kavaleri əlavə edib ki, agentlik hələ də qısa fasilələrlə təkrar gücləndiricilərin tətbiqini təhlükəli hesab edir, çünki belə bir sxem gözlənilənlərin əksinə olaraq antikorların sayını azalda və orqanizmin koronavirusun yaratdığı fəsadlara qarşı müdafiəsini zəiflədə bilər.