“Ukrayna ilə ehtiyacları ilə bağlı daim əlaqə saxlayırıq” “Ukrayna ilə ehtiyacları ilə bağlı daim əlaqə saxlayırıq”
  • Qərb
  • 28 Yanvar 2022 13:44
  •  4 987

"Rusiya son 24 saatda Ukrayna sərhədində hərbi gücünü artırıb” - Pentaqon

“Ukrayna ilə ehtiyacları ilə bağlı daim əlaqə saxlayırıq”

“Ruslar son 24 saat ərzində ölkələrinin qərbində və Belarusda əhəmiyyətli döyüş qüvvələri yaratmağa davam ediblər. Dramatik səviyyədə olmasa da, müəyyən dərəcədə orada öz imkanlarını artırdığını görməkdə davam edirik"

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi məlumat verib.

Ukraynaya müdafiə dəstəyi verməyə davam etdiklərini açıqlayan Kirbi ABŞ-nin Ukraynaya niyə hava hücumundan müdafiə sistemi vermədiyi ilə bağlı suala belə cavab verib:

“Bu mövzuda Ukrayna ilə geniş danışıqlar aparılır. Bu davam edən bir prosesdir. Artıq onlara 3 dəfə dəstək göndərmişik. Davamı da olacaq. Mən bu prosesə mane olmaq istəmirəm. Ukraynaya verilən silahların təfərrüatı ilə bağlı danışmayacağam. Onlarla ehtiyacları ilə bağlı daim əlaqə saxlayırıq”.

Şəbnəm Zahir