- Qərb
- 8 Aprel 2022 22:15
- 7 922
Britaniya Ukraynaya əlavə hərbi yardım ayırıb
Conson bu yardımın 100 milyon funt-sterlinq dəyərində olduğunu bildirib
Boris Conson Ukraynaya 100 milyon funt sterlinq dəyərində əlavə hərbi yardım ayrıldığını bildirib.
Aznews.az xəbər verir ki, Britaniyanın Baş naziri Boris Conson Ukraynada dəmiryol vağzalının bombalanmasının ardından ölkəsinin Ukraynaya yeni yardımını açıqlayıb.
Conson bu yardımın 100 milyon funt-sterlinq dəyərində olduğunu bildirib. Baş nazir bildirib ki, Böyük Britaniya əlavə hərbi texnika, o cümlədən “Starstreak” zenit raketləri və 800 tank əleyhinə raket göndərəcək.