Məlumat Fransa Xarici İşlər Nazirliyinin saytında yer alıb Məlumat Fransa Xarici İşlər Nazirliyinin saytında yer alıb
  • Qərb
  • 24 May 2022 22:39
  •  11 936

Fransa Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır

Məlumat Fransa Xarici İşlər Nazirliyinin saytında yer alıb

Fransa mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüşün nəticələrini alqışlayır.

Aznews.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən bu görüş ikitərəfli Sərhəd Komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə edilməsi ilə nəticələndi", - məlumatda deyilir.

O da qeyd edilir ki, Fransa Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa milli zəmində töhfə verəcək.