Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq
  • Qərb
  • 16 İyun 2022 13:00
  •  6 164

Almaniya, Fransa və İtaliya liderləri Ukraynada səfərdədirlər - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq

Avropanın üç ölkəsinin liderinin Ukraynaya səfər proqarmı açıqlanıb.

Məlumatı “RBK-Ukraina” yayıb.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra ölkə paytaxtı Kiyev yaxınlığında yerləşən, dinc sakinləri Rusiya hərbçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilən İrpen şəhərinə səfər edəcəklər.

Məlumata görə, Emmanuel Makron Kiyevdə ilk bəyanatla çıxış edib. O, Avropa İttifaqının Ukrayna xalqı ilə tam həmrəy olduğunu vurğulayıb: “Biz Avropa İttifaqının dəstək ismarışını da gətirmişik. Bu, çox vacib məqamdır. Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq”.

Bildirilib ki, iyunun 16-da yerli vaxtla saat 14.00-da Emmanuel Makron, Olaf Şolts və Mario Draqi səfərin yekunu ilə bağlı mətbuat konfransı keçirəcəklər.

08:51

Almaniyanın kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfər ediblər.

Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat yayıb.

“Avropa liderləri artıq Ukrayna ərazisindədirlər”, - səhər xəbər buraxılışının aparıcısı bildirib.

Qeyd edək ki, daha öncə “Bild am Sonntag” nəşri Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən 3 Avropa liderinin Ukraynaya səfər edəcəyinə dair məlumat yaymışdı. Daha sonra jurnalistlər onların Ukraynanın paytaxtına iyunun 16-da səhər qatarla gəlməli olduqlarını öyrəniblər.

Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.