- Qərb
- 23 İyun 2022 19:12
- 4 802
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri görüşüb
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri görüşüb.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Vaşinqtonda, Dövlət Departamentində Missiya Rəhbərləri Konfransında səfirlər Deqnan, Litzenberqer və Treysi hər üç ölkədə siyasət və proqramlar barədə fikir mübadiləsi apardılar. Onlar bizim tərəfdaşlığımızı gücləndirmək, müstəqilliyi dəstəkləmək və regionda yaşayanlar üçün daha təhlükəsiz, sabit və firavan gələcəyə kömək etmək öhdəliyimizi vurğuladılar”, - qeyd olunub.