Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir
  • Qərb
  • 5 Avqust 2022 01:04
  •  6 450

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə London polisi xəbər verib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.