• Qərb
  • 16 Sentyabr 15:53
  •  2 895

ABŞ-dən Rusiyaya yeni sanksiyalar

Birləşmiş Ştatlar Rusiyanı müharibə cinayətləri və təcavüzünə görə məsuliyyətə cəlb etmək üçün güclü addımlar atmağa davam edəcək

ABŞ rəhbərliyi 22 nəfəri və 2 təşkilatı Rusiyanın Ukraynadakı müharibəsinə şərait yaratdıqlarını əsas gətirərək sanksiya siyahısına salıb.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən açıqlama verilib.

Açıqlamada sözügedən sanksiya qərarının 22 nəfər və 2 təşkilatın hədəf alındığı, sanksiyaya məruz qalanlar arasında Rusiya ilə birlikdə müharibədə iştirak edən neonasist paramilitar qrupu olan “Task Force Rusich”in 2 yüksək səviyyəli liderinin də olduğu qeyd edilib.

Bəyanatda deyilir ki, yeni sanksiyalar Rusiyaya yeni ixrac nəzarəti tətbiq edən Ticarət Nazirliyi və Rusiyanın müdafiə və yüksək texnologiyalı sənayesini hədəf alan Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilib.

ABŞ-nin maliyyə naziri Janet Yellen bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı müharibə cinayətləri və təcavüzünə görə məsuliyyətə cəlb etmək üçün güclü addımlar atmağa davam edəcək.

Züriyə Qarayeva