• Qərb
  • 5 Dekabr 2022 14:40
  •  7 689

Kraliça həyata hüzur içində vida etməyib

70 il hökmdarlıq edən kraliça II Yelizavetanın macərası ötən ilin sentyabrında başa çatdı. Kraliça 96 yaşında vəfat edərək, arxada tarix kitablarına mövzu olacaq bir həyat qoydu. Onun ömrünün son aylarını necə keçirdiyini bilirsinizmi?

Təbii ki, əri Şahzadə Filipin ölümündən sonra pisləşən səhhəti, hətta illərdir qoruduğu vərdişlərini belə pozdu, vəzifə kurallarına zidd olsa da, o, müəyyən proqramlarda iştirak edə bilmədi. Əslində, bəzi iddialara görə, Kraliça sümük iliyi xərçəngindən əziyyət çəkirdi və o, günlərinin sayılı olduğunu bilirdi.

Aznews.az xarici KİV-ə istinadən bildirir ki, lakin Britaniyanın “The Sun” qəzetinin iddiasına görə, Kraliçanın son aylarında onu məşğul edən və həll etmək istədiyi başqa bir məsələ olub: oğlu Çarlz ilə nəvəsi Şahzadə Harri arasındakı gərginlik. Sözügedən mənbənin sözlərinə görə, kraliça hətta Çarlz və Harrini barışdırmağa çalışıb. Ancaq görünür, buna nail ola bilməyib.

Həyat yoldaşı və uşaqları ilə ABŞ-da yaşayan Harri, son aylarda nənəsini sözün əsl mənasında "telefon bombardmanı"na tutubmuş. Aradakı problemlərin aradan qalxmasını arzulasa da, Kraliça nəvəsinin istəklərini yerinə yetirmək niyyətində deyildi.

Ailəyə yaxın mənbəyə görə, Harrinin nənəsinə tez-tez zəng etməsinin mühüm bir səbəbi var idi: Pul! Harri bir neçə dəfə atasına zəng vurub sonra elektron məktublar göndərsə də, Çarlz oğlunun tələbini yerinə yetirməkdən çəkinirdi. Bunun üzərinə Harri nənəsini axtararaq həll yolunu tapdı.

Ailə arasındakı gedişatı mətbuata izah edən mənbəyə görə, “Kraliça hər zaman Harri ilə danışmaqdan çox xoşbəxt idi, əslində. Çarlz isə oğlu Harriyə "mənə zəng etmə, mənə e-poçt göndər" deyə təkid edib.

Həyatının son aylarını yaşayan Kraliça oğlu Çarlzdan Harrinin zənglərinə niyə cavab vermədiyini soruşub. İddialara görə, Çarlz da anasına maraqlı cavab verib: “Mən bank deyiləm”.

Nuray

AzNews.az

image description image description