• Qərb
  • 8 Fevral 2023 20:52
  •  3 699

Aİ ölkələrindən 1500 xilasedici Türkiyəyə göndərilib

Avropa İttifaqına üzv ölkələrdən Türkiyəyə indiyə qədər 31 axtarış-xilasetmə və 5 tibbi qrup göndərilib.

Aznews.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının "Twitter" hesabında bildirilib.

Ads by

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Qeyd olunub ki, ümumilikdə 1500 xilasedici və 100 axtarış iti səfərbər olunub.

***

Saat 12:33

Avropa İttifaqına (Aİ) üzv ölkələrdən Türkiyəyə göndərilən axtarış-xilasetmə qruplarının sayı açıqlanıb.

Bu barədə Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım departamenti məlumat yayıb.

Bildirilib ki, indiyə qədər 20 Aİ ölkəsi (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Kipr, Estoniya, Fransa, Yunanıstan, Almaniya, Macarıstan, İtaliya, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya) və digər üç ölkə Albaniya, Monteneqro və Serbiya Türkiyəyə 29 axtarış-xilasetmə və 5 tibbi qrup təklif edib.

"Ümumilikdə, orada insanların həyatını xilas etmək üçün 1 485 xilasedici və 100 axtarış iti səfərbər edilib", - məlumatda qeyd olunub.

image description image description