• Qərb
  • 10 Fevral 2023 18:29
  •  4 734

Almaniyanın xarici işlər naziri Türkiyənin Berlindəki səfirliyində olub

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Türkiyənin Berlindəki səfirliyində Kahramanmaraş zəlzələləri ilə əlaqədar açılan başsağlığı kitabını imzalayıb.

AzNews.az xəbər verir ki, o Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şeni ziyarət edib və son hadisələrlə bağlı məlumat alıb.

Berlin səfirliyində açılan başsağlığı kitabını daha əvvəl prezident Frank Valter Ştaynmayer, Bundestaq sədrinin müavini Aydan Özoğuz, daxili işlər naziri Nensi Faeser, kənd təsərrüfatı naziri Cem Özdemir və Berlindəki xarici missiya rəhbərləri imzalamışdı.