- Qərb
- 22 Fevral 2023 14:17
- 3 835
Almaniya İran səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib

Almaniya hökuməti İranın Berlindəki səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib.
Aznews.az xəbər verir ki, Almaniya Xarici işlər naziri Annalena Baerbok açıqlamasında İranda alman əsilli iranlı Cəmşid Şarmehdin edam cəzasını tənqid edərək, "Almaniya hökuməti İran səfirliyinin 2 üzvünü persona non-qrata elan edib və onlara Almaniyanı tərk etmələri üçün qısa müddət verilib" -deyə qeyd edib.
Annalena Baerbok İran səfirliyinin müvəqqəti işlər vəkilinin Cəmşid Şarməhdə qarşı edam hökmündən sonra nazirliyə çağırıldığını bildirib.
"Ona bildirilib ki, biz Almaniya vətəndaşının hüquqlarının kobud şəkildə pozulmasını qəbul etmirik.Biz onu hərəkətə keçməyə və qanunun aliliyinə uyğun olaraq ədalətli apellyasiya prosesini təmin etməyə çağırırıq”-deyə Annalena Baerbok vurğulayıb.
Mövsüm