• Qərb
  • 5 İyun 2023 20:35
  •  4 180

Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən məlumat verilib.

"Aİ-nin Xüsusi Nümayəndəsi, cənab Klaarın bu həftə ərzində həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Bakı üçün hələlik dəqiq tarix təsdiqlənməyib, lakin bu səfər həftə ərzində, İrəvan səfərindən sonra olacaq", - məlumatda qeyd olunub.