- Qərb
- 29 Sentyabr 2023 15:54
- 3 749
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
Böyük Britaniya anti-Rusiya sanksiyalar siyahısını genişləndirib.
Aznews.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc edilmiş yenilənmiş siyahıda məlumat verilib.
Sanksiya siyahısına fiziki və hüquqi şəxslər daxildir.
Beləliklə, məhdudiyyətlərə məruz qalan şəxslərin Böyük Britaniyaya daxil olması qadağandır. Məhdudiyyətlərə həmçinin aktivlər aşkar edildikdə onların dondurulması və trast xidmətlərinin göstərilməsinin qadağan edilməsi də daxildir.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib ki, London heç vaxt Rusiyanın Ukrayna ərazisinə iddialarını tanımayacaq.
Mövsüm