• Qərb
  • 2 Noyabr 2023 16:09
  •  4 791

Burbok Aİ-nin genişlənməsini “geosiyasi zərurət” adlandırır

Avropa İttifaqı (Aİ) ölkələrinin sayının genişləndirilməsi “geosiyasi zərurət”dir və onun geosiyasi səbəbləri var, lakin daha geniş icmanın gücləndirilməsi çətin olacaq.

Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok məlumat verib.

O qeyd edib ki, hazırda Aİ-də yekdil razılıq var ki, Avropa İttifaqı genişlənməlidir və bu, Ukraynadakı münaqişənin “geosiyasi nəticəsidir”.

Eyni zamanda, icmanın mümkün genişlənməsi Avropa institutlarının gücləndirilməsini tələb edəcək ki, bu da asan məsələ olmayacaq.

“Söhbət fasadın yaxşılaşdırılmasından yox, binanın strukturunun gücləndirilməsindən gedir. Biz dürüst olmalıyıq: bu heç də asan deyil”, - nazir Berlində keçirilən konfransda deyib.

Mövsüm