• Qərb
  • 6 Noyabr 2023 11:33
  •  5 342

Şolz: Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum edir

“Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum etmiş olur”.

Aznews.az xəbər verir ki, bu barədə kansler "Mannheimer Morgen" qəzetinə verdiyi açıqlamada qeyd edib.

Almaniyadakı insanları antisemitizm hadisələri qarşısında "yəhudiləri qorumağa" çağıraraq, "Hamımız Almaniyadakı yəhudilərin müdafiəsi üçün ayağa qalxmalıyıq, bu, həm də vətəndaş cəsarəti məsələsidir”,-deyə Olaf Şolz bildirib.

Almaniyadakı yəhudi qurumlarının qorunduğuna diqqət çəkən Şolz, "Antisemitizmi qəbul etməyəcəyik. Çox açıq qanunlarımız var. İsrail bayraqlarını yandırmaq cinayətdir. Günahsız insanların ölümünü alqışlamaq cinayətdir. Semit şüarları cinayətdir”,-deyə vurğulayıb.

Hüquq-mühafizə orqanlarının bu cür cinayətləri cəzalandırmaq vəzifəsi olduğuna diqqət çəkən kansler, "Hüquq-mühafizə orqanları lazımi vasitələrə malikdir və onlardan ardıcıl şəkildə istifadə etməlidir" ,-deyə yekunlaşdırıb.

Mövsüm