• Qərb
  • 6 Noyabr 2023 17:13
  •  5 479

Almaniya iqtisadiyyatı tənəzzüldədir

Almaniya iqtisadiyyatı 2019-cu ildə pandemiya dövründən bu yana bərpa oluna bilməyib. Bu ilin üçüncü rübündə daralan Almaniya iqtisadiyyatının ixrac rəqəmləri də azalmaqdadır. Mütəxəssislər bildirirlər ki, ilin sonuna kimi bərpa gözlənilmir.

Almaniya iqtisadiyyatı yay aylarında tənəzzülə uğradı.

Ölkənin ÜDM-i 2023-cü ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azalıb.

Almaniya iqtisadiyyatının üçüncü rübdə daralmasının əsas səbəbi yüksək inflyasiya və faiz dərəcələrinin şəxsi istehlakı yavaşlatması olub.

Sentyabr ayında Almaniyanın ixracı da kəskin şəkildə azalıb. Federal Statistika İdarəsinin açıqlamasına görə, ixrac əvvəlki aya görə yüzdə 2,4 azalaraq 126,5 milyard avroya düşüb.

Ekspertlər bildirirlər ki, Xarici Ticarət çətin ki, tezliklə Almaniya iqtisadiyyatı üçün zəruri iqtisadi sürücüyə çevrilsin.

Bir çox sənayeləşmiş ölkələrdə faiz dərəcələrinin inflyasiya qarşısında kəskin artması “Almaniya istehsalı” məhsullarının alınması üçün maliyyələşməni xeyli bahalaşdırıb.

Mövsüm

Aznews.az