• Qərb
  • 27 Noyabr 2023 20:26
  •  3 187

573 qeyri-qanuni mühacir balıqçı gəmisi ilə İtaliyaya gəlib

Afrikadan gələn balıqçı gəmisi ilə 573 qeyri-qanuni immiqrantın İtaliyanın cənubundakı Lampeduza adasına gəldiyi bildirilib.

İtaliyanın ANSA agentliyinin xəbərində, İtalyan Sahil Mühafizəsi qruplarının Lampedusa ətrafındakı patrul gəmilərinin içərisində 573 nəfərin olduğu balıqçı gəmisinin adaya yaxınlaşmasına şərait yaratdığı bildirilib.

Xəbərdə çoxlu nizamsız immiqrantın tək qayıqdan düşdüyü, immiqrantlar arasında Suriyalı, Misirli, Banqladeşli, Pakistanlı və Efiopiyalıların olduğu qeyd edilib.

Xəbərdə gəminin Liviyadan yola düşdüyü qeyd olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il yanvarın 1-dən noyabrın 27-dək ölkəyə qayıqlarla 151 min 384 qeyri-qanuni mühacir gəlib. Ötən ilin eyni dövründə bu rəqəm 94 min 343 olub.

Mövsüm

Aznews.az