• Qərb
  • 26 Yanvar 2024 19:51
  •  4 912

Şolz ukraynalı qaçqınların işə götürülməsi prosesini sürətləndirməyə çağırıb

Almaniya kansleri Olaf Şolz işəgötürənləri ölkədəki ukraynalı qaçqınların işlə təmin olunmasına kömək etməyə çağırıb .

O, bunu Şanslar Alyansının qurultayından əvvəl çıxışı zamanı deyib . Şolzun çıxışı hökumətin saytında dərc olunub.

“Mən sizə konkret müraciət etmək istərdim ki, hazırda Almaniyada yaşayan Ukraynadan olan mühacirlərin işə götürülməsinə köməklik göstərəsiniz, çünki bu, onların əhali arasında tanınması, eləcə də ukraynalıların perspektivləri baxımından çox vacibdir”.

Şolz qeyd edib ki, sorğulara əsasən, Ukrayna vətəndaşlarının təxminən 80%-i ixtisaslı işçi qüvvəsidir ki, bu da dil baryerinə baxmayaraq, əmək bazarında tətbiq oluna bilər.

Mövsüm

Aznews.az