• Qərb
  • 8 Fevral 12:19
  •  2 447

Uilyamson ABŞ prezidentlik yarışından geri çəkildiyini elan edib

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizəyə qatılan yazıçı Marianne Uilyamson prezidentlik yarışından çəkildiyini açıqlayıb.

O, bu barədə "YouTube" kanalında məlumat verib.

“Bu yaxınlarda insanların gün batımının sonların da gözəl ola biləcəyini sübut etdiyini söylədiklərini eşitdim. Beləliklə, bu gün prezidentlik kampaniyamı dayandırmağın vaxtı çatsa da, mən gözəllik görmək istəyirəm”,-deyə Uilyamson qeyd edib.

Yazıçının sözlərinə görə, o, ABŞ-nin uğursuz siyasətləri ucbatından həyatı məhv olan, ətraf mühit, iqtisadi böhran və daha çox şeyə görə çətinliklər yaşayanların adından danışıb.

Mövsüm

Aznews.az