• Qərb
  • 9 Fevral 15:59
  •  2 960

Moldovada xüsusi təyinatlıların zirehli texnika ilə təlimləri keçiriləcək

Fulger (“İldırım”) xüsusi təyinatlı polis briqadası Moldovanın mərkəzində zirehli texnikalardan istifadə etməklə taktiki təlimlər keçirəcək.

Bu barədə polisin mətbuat xidməti özünün Teleqram kanalında məlumat yayıb.

“Bu gün Fulger xüsusi təyinatlı polis briqadasından olan həmkarlarımız zirehli texnikadan istifadə etməklə ölkənin mərkəzində taktiki təlimlər keçirəcək. Qeyd edək ki, bu təlimlər dövri təlimlərin bir hissəsidir”, - deyə mətbuat xidməti yazıb.

Polis vətəndaşları sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə inanmağa çağırıb.

Mövsüm

Aznews.az