• Qərb
  • 20 Fevral 15:54
  •  3 070

Polşalı fermerlər etiraz olaraq ölkə boyu yolları bağlayıblar

Polşalı fermerlər ölkə boyu genişmiqyaslı etiraz aksiyaları keçirirlər.

Bu barədə "RMF24" radiostansiyası bu gün məlumat yayıb.

Fermerlər ölkə və yerli yollarda, Ukrayna ilə sərhəd keçid məntəqələrinin yaxınlığında və şəhər mərkəzlərində nəqliyyatın hərəkətini maneə törədirlər.

Onlar Avropa Komissiyasının (AK) Ukrayna ilə rüsumsuz ticarətin uzadılması qərarından və Avropa İttifaqının (Aİ) yaşıl siyasətindən narazıdırlar.

Fermerlər Polşa bayraqları və bannerləri götürərək traktorlarda hərəkət edirlər. Bəzi ərazilərdə ovçular tətilə qoşulub.

Mövsüm

Aznews.az