• Qərb
  • 26 Fevral 13:52
  •  2 339

Almaniyanın xarici işlər naziri Qərbi Moskvaya təzyiq göstərməyə çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Barbok Qərb dövlətlərinin liderlərini Ukraynadakı münaqişə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməyə çağırıb.

O, bu barədə Odessaya səfəri zamanı ZDF ilə söhbətində bildirib.

Almaniya XİN rəhbəri qeyd edib ki, Çin, İran və Şimali Koreya kimi dövlətlər vasitəsilə beynəlxalq səviyyədə təzyiq göstərilməlidir.

“Putin hazırda sülh istəmir. Və o, bu münaqişəni dayandırana qədər biz Ukraynaya hərbi dəstək verməliyik”, o vurğulayıb.

Mövsüm

Aznews.az