• Qərb
  • 27 Fevral 13:51
  •  2 469

Kristersson: Ukraynaya qoşun yeritmək məsələsi İsveç üçün aktual deyil

Ukraynaya qoşun yeridilməsi məsələsi İsveç üçün aktual deyil.

Baş nazir Ulf Kristersson bu barədə "SVT" telekanalında Fransa prezidenti Emmanuel Makronun Ukrayna ərazisinə qoşun kontingentinin göndərilməsinin mümkünlüyü barədə sözlərini şərh edərkən bildirib.

“Biz indi İsveçdən Ukraynaya müxtəlif yollarla qabaqcıl aktivlərin göndərilməsi ilə tam məşğuluq, çünki bunu bir çox başqa ölkələr də edir. Ukrayna da bunu tələb etmir (qoşun göndərmək - Red.). Bu məsələnin aktuallığı yoxdur”, - deyə o bildirib.

Kristerssonun sözlərinə görə, müxtəlif ölkələrin başqa dövlətlərin işlərində iştirak etmək ənənələri fərqlidir. O əlavə edib ki, fransız ənənəsi İsveç ənənəsi deyil.

Mövsüm

Aznews.az