• Qərb
  • 2 Aprel 16:45
  •  2 299

Norveç silah altındakı əsgərlərinin sayını artıracaq

Norveç hökuməti silah altındakı əsgərlərin sayını artıracağını açıqlayıb.

Norveçin müdafiə naziri Byorn Arild Qram açıqlamasında daha çox peşəkar ordu təcrübəsi olan insanlara ehtiyac duyduqlarını bildirib.

Nazir Qram: "Doğru zamanda lazımi bacarıqlara malik kifayət qədər insanımız olmalıdır",-deyə bildirib.

Hərbi xidmətə giriş səviyyəsinin hər il tədricən artacağını ifadə edən Qram, paytaxt Oslonun şimalında yerləşən Terningmoen şəhərindəki ordu obyektinə yüz milyonlarla dollar sərmayə qoyacaqlarını bildirib.

Norveçin NTB xəbər agentliyi qeyd edib ki, məqsəd hazırda 9 min olan silah altındakı əsgərlərin sayını 2036-cı ildə 13 min 500-ə çatdırmaqdır.

Mövsüm

Aznews.az