• Qərb
  • 8 Aprel 12:42
  •  1 764

Parisdə yaşayış binasında partlayış baş verib

Fransanın paytaxtı Parisdə yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayışda 3 nəfər həyatını itirib.

Fransanın paytaxtı Parisin 11-ci məhəlləsində yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən partlayış baş verib.

Partlayış nəticəsində mənzildə baş verən yanğından xilas olmağa çalışan və təşviş içində aşağı tullanan şəxs dünyasını dəyişib.

Xəbər üzərinə hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülərkən, partlayış baş verən mənzildə 2 cəsəd tapılıb.

Təxliyə edilən bina sakinlərinin 2 saatdan sonra evlərinə daxil ola bildikləri bildirilib.

Mövsüm

Aznews.az