• Qərb
  • 17 İyun 14:14
  •  2 822

Fransada ifrat sağçılara qarşı qəzəb artır

Fransa prezidenti Emmanuel Makron Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların iqtidara çatmasından sonra növbədənkənar seçkilər təyin etmək qərarına gəlsə də, Fransa xalqı etirazlarını davam etdirir.

Lion da daxil olmaqla ölkənin müxtəlif yerlərində ifrat sağçılara qarşı nümayişlər artmaqdadır.

Ölkə daxilində həftəsonu keçirilən nümayişlərə 600 mindən çox adam qatılıb.

Həmkarlar ittifaqlarının çağırışı ilə 10 min insan Lionun Mareçal Lyautey meydanında bir araya gəlib.

Qeyd edək ki, ifrat sağçı Milli Birlik (MN) Partiyası AP seçkilərində 31,37 səslə geniş fərqlə birinci olduqdan sonra Makron parlamenti buraxaraq növbədənkənar seçkilər elan edib.

Prezident Makronun partiyası Rönesans isə 14,60 faiz səslə ikinci olub.

Mövsüm

Aznews.az