• Qərb
  • 10 İyul 10:44
  •  2 285

Britaniya parlamentində iqtidar və müxalifətin yerləri dəyişib

İngiltərədə 14 illik dövr başa çatıb. Bu dəfə İcmalar Palatasında Leyboristlər Partiyası hakim cərgələrdə, Mühafizəkarlar isə müxalifət cərgələrində əyləşiblər.

Britaniya parlamenti yeni deputatları qarşılayıb. Keçən həftə keçirilən seçkilərdə qalib gələn İşçi Partiyası parlamentdəki iqtidar yerlərində öz yerini tutub.

Keir Starmer baş nazir kimi ilk dəfə parlamentdə çıxış edib.

Starmer "xidmət siyasəti"nə diqqət çəkərək "Yeni səhifə açmaq vaxtıdır",-deyə qeyd edib

Starmer bütün deputatları “ümumi milli yeniləşmə” səyində birləşməyə çağırıb.

Keçmiş baş nazir Rişi Sunak Starmeri təbrik edib.

Deputatlar and içməzdən əvvəl İcmalar Palatasının sədri seçilib. Lindsi Hoyl yenidən İcmalar Palatasının sədri olub.

Mövsüm

Aznews.az