- Qərb
- 24 İyul 2024 19:03
- 5 203
Şolz Almaniya SQ-nin nüvə silahı ilə təchiz edilməsi ideyasını absurd adlandırıb

Almaniya Silahlı Qüvvələrinin nüvə silahı ilə təchiz edilməsi fikri absurddur.
Bu barədə Almaniya kansleri Olaf Şolz mətbuat konfransı zamanı bildirib.
“Mən Almaniyanın nüvə silahına ehtiyacı olması ideyasının qəti əleyhinəyəm. Bu mənimlə baş verməyəcək, mən bu fikri tamamilə absurd hesab edirəm”, - deyə Şolz bildirib.
O, həmçinin qeyd edib ki, hökumət illik müdafiə xərclərini 2028-ci ildən 80 milyard avroya çatdırmaq niyyətindədir.
Mövsüm
AzNews.az