- Qərb
- 6 Sentyabr 20:55
- 3 089
İngiltərədəki məhbuslar Estoniyadakı həbsxanalara göndərilə bilər
İngiltərə maraqlı qərar verməyə hazırlaşır.
Yüksək cinayət nisbətləri və dolu həbsxanalar hökumətə təzyiq göstərməyə başlayıb.
İngiltərə Estoniyadan həbsxana icarəyə götürməyə qərar verib. Böyük Britaniyanın ədliyyə naziri Şabana Mahmud və onun estoniyalı həmkarı Pakosta bu həftə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa Şurasının iclasında bu məsələni müzakirə edəcəklər.
Estoniyada parlament bu məsələ ilə bağlı müsbət qərar verərsə, İngiltərədə məhbusların keçid prosesi başlayacaq.
Mövsüm
AzNews.az