• Qərb
  • 6 May 21:09
  •  1 472

Polşada təlim missiyasına gedən ABŞ əsgərlərinin olduğu avtobus aşıb

Polşada Almaniyadan Litvaya gedən Amerika əsgərlərini daşıyan avtobus sürüşərək xəndəyə düşüb və aşıb.

Bu barədə "RFM24" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, hadisə Polşanın Aşağı Sileziyada A4 avtomobil yolunda baş verib, avtobusda 35 nəfər olub, onlardan 8-i yaralanıb.

Xəbərdə deyilir ki, hadisə yerinə onlarla yanğınsöndürən və iki təcili yardım maşını göndərilib.

Mövsüm

Aznews.az