- Qərb
- 13 May 20:04
- 1 069
Politico: London dondurulmuş Rusiya aktivlərini ayrıca bir fonda köçürməkdə israrlıdır

Britaniya dondurulmuş Rusiya aktivlərini ayrıca fonda köçürməkdə israrlıdır.
Bu barədə “Politico” qəzeti məmurlar arasında olan mənbələrə istinadən məlumat yayıb .
Məqalədə deyilir: "Böyük Britaniya Belçikada saxlanılan təxminən 200 milyard avroluq immobilizasiya edilmiş Rusiyanın aktivlərini ayrıca investisiya fonduna köçürməyə çalışır".
Materiala görə, bu mövqenin tərəfdarları hesab edirlər ki, belə bir addım aktivlərin ələ keçirilməsi və sonradan onların Ukraynaya verilməsi istiqamətində bir addım ola bilər . Qeyd olunur ki, Avropa İttifaqının (Aİ) böyük ölkələri, o cümlədən Almaniya və İtaliya müvafiq fikrin əleyhinədir.
Mövsüm
Aznews.az