- Qərb
- 13 May 21:12
- 1 004
ABŞ Kubaya müdafiə məhsullarının ixracını qadağan edib

ABŞ terrorla mübarizədə əməkdaşlığın kifayət qədər olmadığını əsas gətirərək Kubaya müdafiə məhsullarının ixracını qadağan edib.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Departamentin qeyd edib ki, 2024-cü ilin mayında Kuba terrorla mübarizə məsələlərində Vaşinqtonla “tam əməkdaşlıq etməyən” ölkələr siyahısından çıxarılıb. Ancaq bir il sonra yenidən bu statusa layiq görüldü. Silah İxracına Nəzarət Qanununa əsasən, NFCC kimi sertifikatlaşdırma müdafiə təyinatlı məhsulların və xidmətlərin ixracının satışına və lisenziyasına avtomatik qadağa qoyur.
Dövlət Departamentinin sözçüsü Tammy Brus, "Belə sertifikatlaşdırma Kubaya müdafiə məhsulları və xidmətlərinin satışı və ya lisenziyasının qadağan edilməsini nəzərdə tutur",-deyə qeyd edib.
Mövsüm
Aznews.az