Rutte: NATO müdafiə sənayesini inkişaf etdirməlidir

NATO Rusiyanın bu sahədə böyük uğurları kontekstində müdafiə sənayesini inkişaf etdirməlidir.

Bu barədə baş katib Mark Rutte alyansın internet saytında yayımlanan müttəfiq ölkələrin xarici işlər nazirlərinin Türkiyədə keçirilən qeyri-rəsmi görüşü zamanı bildirib.

"Biz həmçinin müdafiə sənayesi istehsalını müzakirə edirik. Biz NATO daxilində hərbi potensialı artırmalıyıq. Xüsusilə də Rusiyaya baxsaq, onlar bu işdə çox uğurludurlar və müdafiə sənayesi istehsalına gəldikdə biz onları ötməliyik", - baş katib qeyd edib.

Rutte bildirib ki, alyans “özünü qorumaq” və lazımi müdafiə vasitələrini başa düşmək üçün kifayət qədər pul xərclədiyinə əmin olmalıdır.

Mövsüm

Aznews.az