• Qərb
  • 16 May 20:01
  •  1 524

Tramp İstanbul danışıqlarından sonra Zelenskiyə və Avropa liderlərinə zəng edib

Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar.

Bu barədə Ukraynanın “Strana.ua” nəşri prezident aparatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Trampla danışan Avropa liderləri arasında Fransa prezidenti Emmanuel Makron, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Keir Starmer, həmçinin hazırda Albaniyada Avropa Siyasi Birliyinin sammitində olan Almaniya kansleri Fridrix Merz də var.

Mövsüm

Aznews.az