- Qərb
- 16 May 20:44
- 1 194
Ukrayna Rusiya ilə danışıqların nəticələri barədə ABŞ-yə məlumat verib

Ukrayna Rusiya ilə İstanbulda aparılan danışıqların nəticələri barədə ABŞ-ni məlumatlandırıb.
Bu barədə brifinqdə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tıxyi məlumat verib.
“Mən başa düşdüyüm qədər, Ukrayna tərəfi danışıqların nəticələri barədə artıq Amerika tərəfini məlumatlandırıb”, - deyə o, bildirib.
Bundan əlavə, Ukraynanın “Strana.ua” nəşrinin məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Ukrayna Rusiyanın irəli sürdüyü tələbləri “qəbuledilməz” hesab edir. O, Ukrayna nümayəndə heyətinin İstanbulda aparılan danışıqlarda öz mövqeyini müdafiə etdiyini vurğulayıb.
Mövsüm
Aznews.az