- Qərb
- 22 May 21:22
- 814
ABŞ-də kiçik təyyarənin qəzaya uğraması nəticəsində 15-ə yaxın evə ziyan dəyib

Kaliforniyada, San Dieqo bölgəsində kiçik Cessna 550 təyyarəsinin yaşayış evlərinin üzərinə düşməsi nəticəsində 15-ə yaxın ev və avtomobil yanıb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" (AP) məlumat yayıb.
Qeyd olunur ki, qəzaya səbəb qatı duman və görüntünün olmaması olub.
Məqalədə deyilir: "Cümə axşamı səhər duman səbəbindən San Dieqo bölgəsində kiçik bir təyyarə evlərin üzərinə düşdü, təxminən 15 ev və avtomobil yanıb".
Mövsüm
Aznews.az