- Göz önü
- 12:57
- 1 118
ADY-də yeni sədr müavini təyin edilib

Nicat Quliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini təyin edilib.
Bu barədə ADY-dən məlumat verilib.
"Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib", - ADY-dən bildirilib.
N. Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.
2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.
ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.
AzNews.az