- Qərb
- 22 May 21:50
- 897
Kaja Kallasdan brifinq zamanı çaşqınlıq

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaja Kallas Serbiyada keçirdiyi mətbuat konfransında çıxışı zamanı Avropa İttifaqında (Aİ) hakimiyyət qollarını düzgün siyahıya sala bilməyib, onların tələffüzündə və adlarında çaşıb qalıb.
Avropalı diplomat əvvəlcə icra hakimiyyətini idarəetmə orqanı adlandırdı, lakin sonra “qanunverici” sözünü tələffüz edə bilmədi. Çıxışının sonunda Kallas uzun bir iş həftəsindən sonra yorğun olduğunu qeyd etdi.
"Avropa Birliyinin prinsiplərindən biri hakimiyyətlərin bölünməsidir. Sənin icra hakimiyyətin var..., səndə, uh, qanunvericilik, icra hakimiyyəti, səndə qanunvericilik..., mən məhkəmələri nəzərdə tuturam. Bağışlayın, çox uzun bir həftə oldu", - deyə Kallas yorğunluğunu ifadə edib.
Mövsüm
Aznews.az