- Qərb
- 4 İyun 20:25
- 1 433
Fransada məsciddə Quranı yandıran şəxs həbs edilib

Fransanın Rhone departamentinin Villeurbanne şəhərində məscidə girərək Quran nüsxəsini yandıran şəxs saxlanılıb.
Milli mətbuatda yer alan xəbərlərə görə, iyunun 2-də Villeurbanndakı Errahma məscidində müsəlmanlara qarşı etiraz aksiyasında şübhəli bilinən şəxs Lion şəhəri yaxınlığında saxlanılıb.
Lyon Prokurorluğu şübhəlinin "psixoloji cəhətdən kövrək" vəziyyətdə olduğunu açıqlayıb.
Yandırılmış Quran qalıqlarını məscidin qapısına qoyan şəxs hadisə yerindən qaçıb.
Müsəlmanlara qarşı bu hərəkət reaksiya ilə qarşılanıb.
Mövsüm
Aznews.az