• Qərb
  • 5 İyun 18:22
  •  1 971

Orban: Aİ Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək istəyir

Avropa İttifaqının (Aİ) liderləri Rusiya ilə mübarizə aparmaq niyyətindədirlər və Ukraynadakı münaqişəni davam etdirmək üçün ona qabaqlayıcı zərbə vurmaq istəyirlər

Bunu Budapeştdə Karpat Hövzəsi Forumunun iclasında Macarıstanın Baş naziri Viktor Orban deyib.

Orbanın sözlərinə görə, Aİ özünün əsas vəzifəsi olan cəmiyyətin rifahını gücləndirməkdən ibarət deyil. Onun əsas məqsədi Şərqdə Rusiya ilə mübarizə aparmaqdır.

“Brüsselin hərbi təbliğatına görə, Rusiya Aİ ölkələrinə və hətta NATO-ya “hücum” edə bilər və yalnız qabaqlayıcı zərbə onu dayandıra bilər”, – Orban bildirib.

Mövsüm

Aznews.az