• Qərb
  • 5 İyun 21:20
  •  1 848

Frederiksen: Danimarka Trampın Qrenlandiyaya təzyiqinə boyun əyməyəcək

Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Danimarka hakimiyyəti Qrenlandiyaya nəzarətlə bağlı ABŞ prezidenti Donald Trampın "qəbuledilməz" təzyiqinə boyun əyməyəcək .

"Qrenlandiya və Danimarka son aylarda ən yaxın müttəfiqimiz tərəfindən qəbuledilməz təzyiqlərə məruz qalıb. Amma biz əyilmirik. Biz danimarkalılar belə deyilik", - Reuters onun sözlərini sitat gətirib.

Siyasətçi əlavə edib ki, milli suverenlik, sərhədlərə hörmət və insanların öz müqəddəratını təyinetmə hüququ kimi “transatlantik münasibətlərin fundamental prinsipləri” hazırda təhlükə altındadır.

Mövsüm

Aznews.az