- Qərb
- 12 İyun 20:57
- 1 309
Rutte: Trampın Putinə birbaşa dialoqu qapı açması vacibdir

ABŞ prezidenti Donald Trampın atdığı addımlar , Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə birbaşa dialoqun başlanması çox vacibdir.
Bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Prezident Trampın etdikləri çox vacibdir. O, Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamaqla status-kvonu dəyişdi ", - Rutte qeyd edib.
Alyansın baş katibi vurğulayıb ki, o, Amerika liderinin hərəkətlərini bəyənir və dialoqun başlanmasını mühüm addım hesab edir.
Mövsüm
Aznews.az