Böyük Kanyon 4 gündür yanır

ABŞ-nin Arizona ştatında hər il milyonlarla insanın ziyarət etdiyi Böyük Kanyon Milli Parkında baş verən meşə yanğını ilə mübarizə davam edir.

Güclü külək və həddindən artıq istilərin təsiri altında böyüyən yanğın 24 saat ərzində 1000 hektardan təxminən 20.000 hektara qədər yayılıb.

“Ağ adaçayı atəşi” adlandırılan yanğınla əlaqədar ərazidə olan 500 ziyarətçi təxliyə edilib.

Yanğın həmçinin ziyarətçi mərkəzi, çirkab sutəmizləyici qurğu, yanacaqdoldurma məntəqəsi, inzibati binalar və personalın yaşayış binasını da məhv edib.

Səlahiyyətlilər alovu nəzarət altına almaq üçün səylərin davam etdiyini bildiriblər.

Mövsüm,

AzNews.az