Serbiyanın naziri Darko Qlişiç canlı televiziyada beyin qanaması keçirib

Milli mətbuatın məlumatına görə, Serbiyanın dövlət investisiyalar naziri Darko Qlişiç paytaxt Belqradda yayımlanan bir televiziya kanalının studiyasında çəkilmiş səhər proqramında iştirak edib.

Qlişiçin bir müddət sonra xəstələnməsi və nazirin xəstəxanaya çatdırılmasından sonra canlı yayımın kəsildiyi bildirilib.

Serbiyanın səhiyyə naziri Zlatibor Loncar Qlişiçin vəziyyəti ilə bağlı açıqlama verərək , "Bir televiziya proqramı zamanı xəstələnən Qlişiç huşsuz vəziyyətdə xəstəxanaya gətirildi. Beyinə qan sızması diaqnozu qoyulan Qlişiçin vəziyyəti çox ağırdır”, - deyə qeyd edib.

Serbiya prezidenti Aleksandar Vucic sosial şəbəkədə bu sözləri paylaşıb: " Darko, möhkəm dur. Təslim olma".

Bildirilib ki, 2024-cü ilin may ayından Serbiya hökumətində dövlət investisiyaları naziri vəzifəsini icra edən Qlişiç 1973-cü il mayın 28-də anadan olub.

Mövsüm,

AzNews.az